Mobil manşet üstü reklam-3_21

Dövlət qulluqçularına güzəştli sığorta

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət qulluqçularına güzəştli sığorta
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda hər il “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü”nün qeyd olunması ilə əlaqədar “Qala Sığorta” və “Qala Həyat” şirkəti bu gündən etibarən könüllü məhsullar üzrə güzəşt kampaniyasına start verib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində dövlət qulluğu statusuna malik olan bütün işçilər üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.

 

Bu güzəşdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər. Kampaniya 30 iyun tarixinədək davam edəcək. Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.

 

Qeyd edək ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi olub. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub.

 

Fürsətdən istifadə edərək “Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi dövlət qulluğunda çalışan bütün işçilərin bayramını təbrik edir, onlara işlərində uğurlar arzulayır. 

22.06.2018 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ