Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Daha 10-nu tikiləcək, filiallarının sayı 30-a çatacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 10-nu tikiləcək, filiallarının sayı 30-a çatacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkəmizin bölgələrində xalça emalatxanalarının yaradılması işini davam etdirir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, qurum 2019-cu ildə daha 10 xalça emalatxanası yaradaraq filiallarının sayını 30-a çatdıracaq.

 

“Azərxalça” ASC-nin mətbuat katibi Tural Səfərov açıqlamasında bildirib ki, hazırda 10 bölgədə xalça emalatxanası binalarının tikintisi davam etdirilir, gələn il yaradılması planlaşdırılan xalça emalatxanalarının inşası istiqamətində hazırlıq işlərinə başlanılıb: “2016-2017-ci illərdə 10 rayonda xalça emalatxanaları fəaliyyətə başlayıb. Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça emalatxanası binalarının tikintisi aparılır”.

 

T.Səfərovun sözlərinə görə, vahid layihə əsasında inşa olunan xalça emalatxanası binalarının sahəsi 1255 kvadratmetrdir. Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Binalar toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarət olacaq. Emalatxanalarda müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunulacaq.

 

Xalçaçılığın inkişafına kompleks şəkildə yanaşıldığını bildirən “Azərxalça”nın mətbuat katibi onu da vurğulayıb ki, zəruri xammal bazasının yaradılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkında Yun-Əyirici Boyaq Fabriki tikilir. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrikdə İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıq quraşdırılacaq. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq.

 

Fabrikdə, həmçinin boyama prosesi həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin tikintisi sürətlə aparılır. İnşaatçılar yuxarı səviyyənin və köməkçi qurğuların qəlib-armaturlanma işlərini başa çatdırıblar.

 

Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar inşa edilir. Tədarük məntəqələri binalarında metal konstruksiya işləri yekunlaşdırılıb.

 

Bütün obyektlərdə əməyin mühafizəsi və tikinti təhlükəsizliyi qaydalarına ciddi əməl olunur. İnşaatçılar üçün lazımi iş və istirahət şəraiti yaradılıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Azərtac

22.06.2018 10:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ