Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nazir kombayn çatışmazlığının səbəbini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir kombayn çatışmazlığının səbəbini açıqlayıb

 

Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib.

Reklam_3_11

 

Nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: "Bunlardan 632 texnika  "Aqrolizinq" ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların  sayının artırılmasına ehtiyac var".

 

Onun sözlərinə görə, artıq "Aqrolizinq" ASC tərəfindən kombaynların alınması ilə bağlı sifarişlər verilib.

 

"Bilirsiniz ki, bu proses uzun çəkir. Bu il məhsuldarlıq bol olduğu üçün texnika qıtlığı müşahidə edirik. Hesab edirəm ki, gələn il yeni texnikalar gəldikdən sonra biz bu problemlə üzləşməyəcəyik. Eyni zamanda, gələn mövsümə kimi texnikaların idarə edilməsində yeni kommunikasiya texnologiyalarından istifadə etməyə çalışacağıq. Çalışacağıq ki, tezliklə fermerlər onlayn qaydada mövcud texnikaları sifariş verə bilsinlər".

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

© APA

22.06.2018 13:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ