Ən çox Rusiyadadır, dünyaya 52 ildən artıq çatacaq
Dünya üzrə ötən il sübut olunmuş ən çox qaz ehtiyatına malik ölkə 35 trilyon kubmetrlə Rusiyadır.
"BP 2018 Dünya Enerji Hesabatına" görə, dünyada cəmi 193,5 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı var. Sözügedən ehtiyatın bazara 52 ildən artıq çatacağı proqnozlaşdırılır.
"Marja" xəbər verir ki, ən çox qaz ehtiyatı 79,1 trilyon kubmetrlə Yaxın Şərq regionundadır. Yaxın Şərqin ardınca 59,2 trilyon kubmetr ehtiyata malik Rusiya və Türkmənistanın da daxil olduğu Müstəqil Dövlətlər Birliyi gəlir. Ən az qaz ehtiyatına malik region isə 3 trilyon kubmetrlə Avropadır.
Ötən il dünyada sübut olunmuş ən çox qaz ehtiyatına malik ölkə 35 trilyon kubmetrlə Rusiya müəyyənləşdirilib. Rusiyanın ardınca, 33,2 trilyon kubmetr qaz ehtiyatı ilə İran və 24,9 trilyon kubmetrlə Qətər gəlir.
QAZ İSTEHSALINDA LİDER ABŞ-DIR
Qlobal enerji bazarlarında ötən il ən çox təbii qaz istehsal edən ölkə 734,5 milyard kubmetrlə ABŞ olub. Ötən il dünya miqyasında bazara təqdim olunan qazın 20%-i ABŞ-da istehsal edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
ABŞ-ın ardınca, 635,6 milyard kubmetrlə Rusiya gəlir. İran isə dünyanın ən çox qaz ehtiyatına malik ikinci ölkəsi olmasına baxmayaraq, istehsalda 223,9 milyard kubmetrlə üçüncü yeri tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl