Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rayonların birində üçulduzlu hotelin tikintisi planlaşdırlır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rayonların birində üçulduzlu hotelin tikintisi planlaşdırlır

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlardan Şamaxı rayonunun inkişafının prioritet sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

 

Nazirliyin saytında verilən məlumata görə, bir neçə gün əvvəl keçirilmiş işgüzar forumun yekununda bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən taxılçılıq təsərrüfatı, heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məmulatları müəssisələrinin yaradılması üzrə sahibkarlardan təkliflərin qəbul olunması məqsədəuyğun hesab edilib.

 

Bundan başqa, rayonda üçulduzlu mehmanxananın tikintisi üzrə investisiya layihəsinin qəbulu elan olunub.

 

SKMF-nin məlumatına görə, sahibkarlar fonda səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilər.

 

14.12.2016 05:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ