Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "A.A.Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncam ilə, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilib.