Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Gömrük Məcəlləsinə köklü dəyişikliklərin edilməsi gözlənilir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gömrük Məcəlləsinə köklü dəyişikliklərin edilməsi gözlənilir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaş-məmur təması minimuma endiriləcək, nəqliyyat vasitələrinin və malların şəffaf və sürətli keçidi təmin olunacaq​


 

Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrindən keçidin daha da asanlaşdırılması və sürətləndirilməsi nəzərdə tutulur.

 

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Onun sözlərinə görə, DGK sədrinin 14 may 2018-ci il tarixli “Gömrük sistemində həyata keçirilmiş islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, Baş idarə və İdarə, həmçinin Komitənin struktur bölmələrinin bununla bağlı təkliflər hazırlayıb yaradılmış xüsusi komissiyaya təqdim ediblər:

 

"Təkliflər 1 ay ərzində araşdırılıb DGK sədrinə təqdim olunacaq. Daha sonra həmin təkliflər baxılması üçün hökumətə təqdim olunacaq. Əgər təkliflər qəbul olunarsa, Gömrük Məcəlləsinə köklü dəyişikliklərin edilməsi gözlənilir. Qanunvericilikdə dəyişiklik edilərsə, o zaman gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaş-məmur təması minimuma endiriləcək, nəqliyyat vasitələrinin və malların şəffaf və sürətli keçidi təmin olunacaq. Bu da öz növbəsində ölkədə sahibkarlığın və biznes mühitinin inkişafına təsir göstərəcək”.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Trend

25.06.2018 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ