Ən yuxarı statik reklam_3

Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi başa çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi başa çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

23-24 iyun 2018-ci il tarixində  Pulman Baku mehmanxanasında “Ukrayna mühasibat klubu” və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi uğurla başa çatıb.  Konqresin mövzusu  “Mühasib biznesdə: peşənin transformasiyası, beynəlxalq təcrübə” idi.

Reklam_3_11

 

Tədbirdə  Ukraynanın Maliyyə Nazirliyinin mühasibat uçotu metodologiyası, gömrük siyasəti və vergi departametinin rəhbəri Lyudmila Qaponenko, Qiymətli Kağızlar və Birja Komissiyasının aparat rəhbəri Oksana Saxnatska, Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət-iqtisadiyyat məsələləri üzrə şöbəsinin rəhbəri-Serqey Ştelyuk, Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının prezidenti- Georgeta Covaliov-Rusu, Azərbaycan tərəfindən SOCAR Vitse-Prezidenti, APFM Müşahidə Şurasının sədri- Süleyman Qasımov, Azərbaycan Respublikası Maliyyə Naziriliyinin uçot siyasəti şöbəsinin rəhbəri –Firuzə Abdullayeva, Maliyyə Nazirliyi yanında  Maliyyə  Elm- Tədris Mərkəzinin rəhbəri- Elman Hüseynov, APFM prezidenti- Nuriyyə Novruzova, Gənc Mühasiblər Birliyinin sədri- Solmaz Əliyeva, Ukraynanın və Azərbaycanın  iri müəssisələrinin baş mühasibləri, maliyyə menecerləri,  mühasibat və audit sahəsində çalışan mütəxəssisləri iştirak ediblər.

 

Konqres məruzələr və dəyirmi stol arxası müzakirələr formatında keçirilib, Ukraynanın ictimai əhəmiyyətli qurumlarında MHBS-nın tətbiqi  üzrə Azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparılıb, iştirakçılar sürətli iqtisadi dəyişikliklər kontekstində mühasibin rolunu və peşəkar inkişafının nüanslarını müzakirə ediblər.

25.06.2018 06:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ