Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa və İngiltərədə mərkəzi bankların mövqelərində dönüşlər avro və funtun ucuzlaşması dinamikasının zəifləməsinə səbəb olur, neft qiymətləri ucuzlaşır.


 

EUR

 

Dünya valyuta birjalarında avronun qiyməti 1.15$-a kimi ucuzlaşdıqdan sonra 1.17$-a kimi bahalaşıb. Avropa Birliyində Yunanıstanda maliyyə böhranının bitməsi ilə əlaqədar açıqlamalar, Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini dayandırması planları, avronun bahalaşmasına təsir edən əsas amillərdir. Beləliklə, EUR/USD məzənnəsi 1.1720$-ı da yuxarı istiqamətdə qırararaq, üzərində möhkəmlənərsə, 1.1850$-a kimi də bahalaşa bilər.

 

Bu həftənin cümə gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəricilərin də məzənnəyə güclü təsir edəcəyi gözlənilir.

 

GBP

 

Funt sterlinq də bahalaşır. Hal-hazırda 1.32$-ın üzərində ticarət edilən GBP/USD məzənnəsi 1.3314$-ı da yuxarı istiqamətdə qırarsa, 1.3402$-a kimi də dəyər qazana bilər.

 

İngiltərə Mərkəzi Bankının gələcək aylarda növbəti faiz artımına gedə biləcəyi gözləntilərinin daha da artması, funt sterlinqin bahalaşmasına təsir edə bilər.

 

TRY

 

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi Türkiyədə prezident və parlament seçkilərindən sonra 4.58TL-ə kimi ucuzlaşıb. Təhlillərə əsasən, qiymət 4.57TL-ni də aşağı istiqamətdə qıraraq altında qalarsa, 4.47 və 4.44TL-ə kimi də ucuzlaşa bilər.


OIL

 

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti “OPEC+” razılaşmasının yüngülləşdirilməsi qərarından sonra 74$-ın altında ticarət edilir. Qiymətin texniki mənzərəsi üzrə analizlərə əsasən, 73.07$ da aşağı istiqamətdə qırılarsa, eniş dalğasının 70.81$-a kimi sürətlənə biləcəyi proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1272$ (40.8 $/qram) səviyyəsində güclü müqavimətlə rastlaşaraq, 1266$-a (40.6 $/qram) kimi ucuzlaşıb. Bir unsiya üzrə qiymət 1265$-ı (40.6 $/qram) da aşağı istiqamətdə qırarsa, 1261 (40.5 $/qram) və 1258$-a (40.4 $/qram) kimi də dəyər itirə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

25.06.2018 06:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ