Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AzerGold” yeni texnologiyaları nəzərdən keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” yeni texnologiyaları nəzərdən keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) nümayəndə heyətinin Qazaxıstan Respublikasına işgüzar səfəri 23 iyunda başa çatıb.

 

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 iyun tarixlərində Şərqi Qazaxıstanda yerləşən mədən və metallurgiya zavodlarları ilə tanış olub. “Kazzinc” şirkətinin rəhbərliyi ilə Ust-Kameneqorsk şəhərində təşkil olunan görüşdə kadr hazırlığı, layihələrin idarə olunması, təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq haqqında memorandumun imzalanması perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti metallurgiya kompleksi, o cümlədən sink saflaşdırma, qurğuşunəritmə və misəritmə zavodlarının iqtisadi imkanları, istehsalat gücü və logistik fəaliyyəti haqqında ətraflı məlumat əldə edib.

 

Ridder şəhərinə təşkil olunan səfər çərçivəsində QSC-nin nümayəndələri “Kazzinc” şirkətinə məxsus Ridder metallurgiya kompleksində sink konsentratının emalı və qaynayan qatda bişirmə texnologiyası, Ridder Dolinnı mədənində möhkəmləndirmə olmadan mədən çıxarma üsulu, Tişinski və Sokolnıy mədənlərində isə dağ-mədən işlərində relssiz maşından istifadə edilməsi və horizontlar üzrə yeraltı mədən çıxarma üsulu ətrafında geniş fikir mübadiləsi aparıb.

 

Nümayəndə heyətinin məhsuldar səfəri Semey şəhərində davam edib. “AzerGold” QSC-nin təmsilçiləri bu şəhərdə yerləşən, “Nordgold” şirkətinə məxsus dünyanın ən böyük mədənlərindən biri - Suzdalın fəaliyyəti ilə yaxından tanış olub. Mədəndə tətbiq olunan innovativ BIOX texnologiyası “AzerGold” QSC-nin nümayəndə heyətinin diqqətini cəlb edib, onun tətbiqi haqqında ətraflı məlumat əldə edilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qeyd edək ki, səfər zamanı “AzerGold” QSC-nin fəaliyyəti, qısa müddət ərzində ixracda əldə etdiyi nailiyyətlər, tətbiq etdiyi texnologiyalar Qazaxıstan şirkətlərinin böyük marağına səbəb olub. Bununla yanaşı, Qazaxıstan şirkətlərinin Azərbaycana səfəri və “AzerGold” QSC-nin fəaliyyəti ilə yaxından tanış olmaları haqqında ilkin razılıq əldə olunub.

25.06.2018 08:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ