Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda Sahibkarlıq Zirvəsi keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Sahibkarlıq Zirvəsi keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Mühəndislik Universiteti Texnoparkında fəaliyyət göstərən bir qrup təşəbbüskar gəncin təşəbbüsü və təşkilatçılığı ilə, iyun ayının 24-də STEP İT Akademiyada, Sahibkarlıq Zirvəsi keçirilib.

 

Reklam_3_11

Zirvə 4 paneldən (hər panel 1,5 saat olmaqla) ibarət idi. “İdeyadan biznesə, "Azərbaycanda və regionda sahibkarlıq fürsətləri", "Startap və investisiya imkanları" və “Satış və e-ticarət” mövzusunda panellərdən ibarət olan Sahibkarlıq Zirvəsində Azərbaycanda və regionda öz biznesini quraraq uğur qaznmış 15-dən çox sahibkar-mütəxəssis iştirak etdi.

 

Öz biznesini qurmaq istəyən, eləcə də mövcud sahibkarlıq fəaliyyətini gücləndimək istəyən təqribən 150 nəfərin iştirak etdiyi Sahibkarlıq Zirvəsi yüksək maraqla qarşılandı. Belə ki, panel müzakirələrlə yanaşı, panelistlərlə iştirakçıların fərdi və ya qrup halında müzakirələri gün ərzində də  davam etdi.

 

Sahibkarlıq Zirvəsində işgüzar şəbəkələşmənin (networking) gücləndirilməsi üçün 4 paneldən əlavə 2 dəfə çay-kofe vaxtı, bir dəfə isə yemək fasiləsi ayrılmışdı ki, bu zaman da iştirakçılar öz aralarında və panelistlərlə geniş və maraqlı müzakirələr apara bildilər.

 

STEP İT Akademiya, NextStep İnnovasiyalar Mərkəzi, "Marja"-Biznes və Maliyyə Xəbərləri Agentliyi, “EDUMAP” Təhsil Poratlı, “Vitam” reklam şirkəti, Coca Cola şirkəti, “Logix” və digər şirkətin tərəfdaşlığı ilə keçirilən Sahibkarlıq Zirvəsinin məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, onlar arasında işgüzar şəbəkələşməni gücləndirmək və bazardakı real imkan və nəticələrlə birbaşa tanış etmək idi.

25.06.2018 09:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ