Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Anomal istilər olacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Anomal istilər olacaq - XƏBƏRDARLIQ

İyunun 26-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

 1 GÜNƏ KREDİT ALIN!

 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-35 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində iyunun 26-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək.

 

Çimərliklərdə mülayim şimal küləyinin əsməsi əlverişli hava şəraitini şərtləndirir. Lakin temperaturun 38 dərəcəyədək qalxması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmağı tövsiyə edirik.

 

Azərbaycanın rayonlarında İyunun 26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

 

Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, iyunun 26-27-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 

 

ETSN xəbərdarlıq edir ki, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal temperaturunun 35-40, Mərkəzi-Aran rayonlarının və Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

25.06.2018 11:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ