“Qala Sığorta” və “Qala Həyat”dan hərbçilər üçün xüsusi kampaniya

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” və “Qala Həyat”dan hərbçilər üçün xüsusi kampaniya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qala Sığorta” və “Qala Həyat” şirkəti Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.

 

Bu güzəşdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.

 

Kampaniya 06 iyul tarixinədək qüvvədədir.

 

Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı fərmanla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun  rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – “26 iyun Azərbaycan Sillahlı Qüvvələr Günü” elan edilib.

 

“Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi silahlı qüvvələrimizdə çalışan bütün hərbçilərin bayramını təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayır.

25.06.2018 12:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ