Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Daha bir bankda səhmdarların pay bölgüsü dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir bankda səhmdarların pay bölgüsü dəyişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “AGBank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

 

Reklam_3_11

Bu, Bankın nizamnamə kapitalının 1,2 mln. manat və yaxud 11,74% artırılaraq 102,2 mln. manatdan 103,4 mln. manata çatdırılmasından sonra baş verib. Qeyd edək ki, böyük zərərlər ilə bağlı olaraq Bankın məcmu kapitalı 50 milyon mantdan da aşağıdır.

 

Belə ki, "AGBank”ın kapital artımı üçün dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 600 min ədəd yeni səhmi Bankın əsas sahibi və Müşahidə Şurasının (MŞ) sədri olan Çingiz Əsədullayev əldə edib. Son nəticədə onun “AGBank”dakı payı 33,57%-dən 34,34%-ə yüksəlib.

 

Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) payı 4,28%-dən 4,23%-ə, “Kazimir Partners” şirkətinin payı 2,45%-dən 2,42%-ə, Fərzulla Yusufovun (MŞ-nın üzvü) payı 5,79%-dən 5,72%-ə, Marçenko Qriqoriyin (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü) payı 8,3%-dən 8,2%-ə, 78 minoritar səhmdarın payı isə 45,61%-dən 45,08%-ə düşüb.

 

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

SƏHMLƏRİNİ ALAN OLMAYIB

 

Xəbər verdiyimiz kimi, “AGBank” ASC nizamnamə kapitalını 7 mln. manat artırmaq üçün satışa çıxardığı yeni səhmlərin 82,86%-ni sata bilməyib.

 

Bu barədə Bakı Fond Birjasına istinadən xəbər verlir.

 

Xatırladaq ki, Bank kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 3,5 mln. ədəd yeni səhm buraxıb. Səhmlərə abunə yazılışı bu il fevralın 26-dan mayın 26-na qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vasitəçiliyi ilə həyata keçirilib.

 

Prosesin yekunlaşmasından keçən təxminən 1 ay ərzində yeni səhmlərin 600 min ədədi (1,2 mln. manatlıq hissəsi) və yaxud 17,14%-i alınıb. Son nəticədə “AGBank” nizamnamə kapitalını istədiyi kimi 6,85% yox, cəmi 1,17% artıra bilib və 102,2 mln. manatdan 103,4 mln. manata çatdırıb.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

© Report

25.06.2018 13:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ