Bakı-Batumi reysi fəaliyyətə başlayacaq - QİYMƏT

İyulun 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

 

Avtovağzal Kompleksindən Marja-ya verilən məlumata görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 09:00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq.

 

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 10 yaşına qədər uşaqlar üçün biletin 50 faizi dəyərindədir.

 

Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub.

 

Sərnişinlərə biletləri əvvəlcədən almaları tövsiyə olunur. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya onlayn qaydada əldə etmək olar.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

25 İyun 2018 , 16:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin