Turistlərin 35 faizi tənbəl istirahətə üstünlük verirlər
“Hilton” otellər şəbəkəsi ilə “YouGov” şirkətinin birgə araşdırmasının nəticələrinə görə, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gələn turistlərin 35 faizi tənbəl istirahətə - çimərliklərdə günəş vannası qəbul etməyə və spa-mərkəzlərdə vaxt keçirməyə üstünlük verirlər.
Mindən çox respondent bir turist kimi vərdişlərindən, o cümlədən səfərinin səbəblərindən, onun neçəyə başa gəlməsindən və nə üçün məhz bu istiqaməti seçməsindən danışıb. Rəyi soruşulanların 16 faizi səyahətlər zamanı ailənin bir yerə toplanmasını, toy, yaxud konsert kimi mühüm hadisələri qeyd edir, 13 faizi idmana – xizəklə sürüşməyə və dağlara yürüşə üstünlük verir, 12 faizi şəhərdə qalıb mağazalarda alış-veriş edir və görməli yerlərlə tanış olur.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Araşdırma zamanı məlum olub ki, rəyi soruşulanların 38 faizini BƏƏ-ni seçməyə “Instagram”, “Facebook”, “Twitter” и “Snapchat” sosial şəbəkələrində yerləşdirilən reklam ruhlandırıb, 17 faizi dostlarının və ailə üzvlərinin tövsiyələrinə əməl edib, 10 faizi Əmirliklər haqqında sənədli filmlərə baxandan sonra bu qənaətə gəlib.
Səfərin qiyməti, təhlükəsizliyin yüksək səviyyədə olması, viza alma prosedurunun asanlığı, habelə birbaşa reyslərin olması da BƏƏ xeyrinə seçim etməyin əsas amilləri arasındadır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
6 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
9 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
9 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 12 saat əvvəl
- 13 saat əvvəl