Bolqarıstandan yeni növ camışlar gətirilib, bütün rayonlara yayıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bolqarıstandan yeni növ camışlar gətirilib, bütün rayonlara yayıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycana cins camışların gətirilməsi nəzərdə tutulub. Bu məsələ 2019-2025-ci il Dövlət Proqramına salınıb".

 

Bu fikirləri  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) yeni rəisi Bayandur Rzayev deyib.

 

"Hazırda Ağdaş rayonunda belə bir təsərrüfat fəaliyyət göstərir. Bolqarıstandan yeni növ camışlar gətirilib. Əgər Ağdaşdakı təsərrüfat yaxşı nəticə versə, belə bir layihənin bütün rayonlarda tətbiqinə başlanılacaq", - o bildirib.

 

B.Rzayev DBNX üçün növbəti illərdə prioritet sayılan məsələlərdən də danışıb: "Əsas məqsədimiz heyvanlardakı xəstəliklərin və ölümlərinin qarşısını almaq, heyvanların sayını artırmaq, vətəndaşın yanında olmaq, ərzaq təhlükəsizliyi ilə bağlı yarana biləcək problemi aradan qaldırmaq, ölkəmizin xarici bazara çıxışını təmin etməkdir. Biz vətəndaşın ayağına getməliyik. Ona görə də fermerlərlə daimi olaraq görüşlər keçiririk".

 

DBNX rəisi rayonlarda baytar həkimi çatışmazlığına da münasibət bildirib: "Gənclərin baytarlıq sahəsinə marağının yaranması məqsədilə məktəblərdə təbliğat aparılmalıdır. Bu yolla problem aradan qaldırmaq olar". 

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

25.06.2018 15:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ