Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

2 dövlət xidmətinin adlarında dəyişiklik edildi - FƏRMAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 dövlət xidmətinin adlarında dəyişiklik edildi - FƏRMAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib.

 

Reklam_3_11

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

 

Hər iki qurumun adından “Nəzarət” sözləri çıxarılıb. Beləliklə, bu qurumlar müvafiq olaraq Dövlət Baytarlıq Xidməti  və Dövlət Fitosanitar Xidməti adlanacaq.

 

Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Beləliklə, Dövlət Baytarlıq Xidməti  və Dövlət Fitosanitar Xidmətinin baytarlıq və fitosanitar sahələrdə nəzarət funksiyasını  itirməsi, yalnız bu sahələrdə xidmət göstərməklə məşğul olacağı rəsmiləşib. Bu, həmin sahələrdə nəzarət funksiyasının  Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunması ilə bağlıdır.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Qeyd edək ki, Azərbaycan prezidentinin  2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb.

26.06.2018 06:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ