Mobil manşet üstü reklam-3_21

"AzRe Təkrarsığorta"nın mükafatlarında azalma!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AzRe Təkrarsığorta"nın mükafatlarında azalma!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ilk təkrarsığorta şirkəti "AzRe Təkrarsığorta" ASC 2017-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb.

 

“Marja” hesabata istinadən xəbər veirir ki, ASC ötən ili 22 milyon 62 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2016-cı ildə 18 milyon 320 min manat, 2015-ci ildə 14 milyon 171 min manat qazanc götürmüşdü. 

 

2016-cı illə müqayisədə ötən il "AzRe Təkrarsığorta"nın ümumi sığorta və təkrarsığorta mükafatları 13% azalaraq 80 milyon 538 min manatdan 70 milyon 142 min manata düşüb (10 milyon 396 min manat azalma).

 

1 GÜNƏ KREDİT ALIN!

 

İllik müqayisədə ümumi ödənilmiş iddialar 35 milyon 286 min manatdan 29 milyon 600 min manata düşüb. Şirkətin faiz gəlirləri 7 milyon 580 min manatdan 9 milyon 570 min manata yüksəlib. Eyni zamanda, satış komissiyaları 11 milyon 884 min manatdan 7 milyon 238 min manata azalıb. Bütün bu amillər, sığorta və təkrarsığorta mükafatlarının azalmasına baxmayaraq xalis mənfəətin 2016-cı illə müqayisədə yüksək olmasını təmin edib.

 

2016-cı illə müqayisədə ötən il şirkətin aktivləri 3% azalaraq 136 milyon 447 min manata düşüb.

 

Ötən il "AzRe Təkrarsığorta" banklardakı depozitlərini azaldıb, dövlət qiymətli kağızlarına sərmayələrini isə artırıb.

 

"AzRe Təkrarsığorta" şirkəti - "Azər-Türk Bank"ın səhmlərinin 6,55%-nə nəzarət etməklə yanaşı, "Qala Həyat Sığorta" şirkətinin 91,11%-lik, "Qala Sığorta" şirkətinin isə 100%-lik səhmdarıdır.

26.06.2018 07:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ