Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu açıqlandı

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu təsdiq edilib.

 

"Marja" xəbər verir ki, Agentliyin strukturu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aparatından, Kiçik və orta biznes evlərindən (KOB Evləri), Kiçik və orta biznesin inkişafı mərkəzlərindən, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzindən və  Kiçik və orta biznesin inkişafı fondlarından ibarət olacaqdır.

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir;

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

 

Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur. Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin NİZAMNAMƏSİ də təsdiq edilib. Ətraflı: http://marja.az/news/26716

27.06.2018 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ