Mobil manşet üstü reklam-3_21

Kiçik və orta biznesə kreditlər verəcək fondlar yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və orta biznesə kreditlər verəcək fondlar yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kiçik və orta biznesin inkişafı fondları yaradılacaqdır.

 

"Marja" xəbər verir ki, bu , Prezident İlham Əliyevin imzaladığı "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin" fəaliyyətinin təmin edilməsi haqqında"  Fərmandan məlum olur. 

 

İqtisadiyyat Nazirliyi  kiçik və orta biznesin inkişafı fondlarının nümunəvi əsasnamələrini üç ay müddətində təsdiq etməlidir. 

 

Kiçik və orta biznesin inkişafı fondları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna aid olacaqdır. 


İnkişaf etmiş ölkələrin hər birində kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün dövlət tərəfindən fondlar yaradılır.

 

Ölkəmizdə kiçik və orta sahibkarlığa güzəştli kreditlər verərək stimullaşdırılsa da əksər banklar sahibkarlara uzunmüddətli kredit ayırmaqda maraqlı deyillər. 

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Fərmana əsasən KOB evləri də yaradılacaqdır. KOB evləri ölkənin iri rayon və şəhərlərində yaradılacaqdır. Bu evlərdə mikro, kiçik və orta sahibkarlara bir sıra xidmətlər - təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə xidmətləri və s. təklif ediləcəkdir. KOB evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət orqanları tərəfindən də xidmətlər göstəriləcəkdir.

 

Həmçinin elektron formada vahid platforma -“e-KOB evi”  yaradılacaqdır.

 

"Marja", Kiçik və orta biznes evlərində (KOB evləri) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısını təqdim edir. Ətraflı burada

 

27.06.2018 07:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ