Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

EUR 1.1765, GBP 1.3323 dollaradək bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
EUR 1.1765, GBP 1.3323 dollaradək bahalaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikada iyun ayında fundamental göstəricilərin qismən zəif açıqlanması, dolların aprel ayından başlayan bahalaşmasının zəifləməsinə təsir edib.


 

Amerikanın yeni xarici ticarət siyasəti ölkə daxilində iqtisadi qeyri-müəyyənliyin və istehlakçı əhval-ruhiyyəsinin azalmasına səbəb olur. Amerika iqtisadiyyatında bu mənfi tendensiya özünü dolların aparıcı valyutalara nisbətən qiymətlərində də göstərməkdədir. Belə ki, çərşənbə axşamı açıqlanan fundamental göstəricilərdən sonra dünya birjalarında dolların orta qiyməti ucuzlaşıb. 

 

Maliyyə bazalarında investorlar tərəfindən böyük maraqla izlənilən "Kanferents Börd" (ing.: "The Conference Board", ABŞ-ın qeyri-kommersiya təşkilatı) təşkilaının açıqladığı istehlakçı əhval ruhiyyəsi indeksi ("CB index") iyun yında son bir ayın minimum səviyyəsinə düşüb. Cari ilin fevral ayında indeks 130.0 punkt ilə son 17 ilin maksimum səviyyəsinə yüksəlmişdir. Lakin bundan sonra göstərici zəifləməyə başlayıb. May ayında göstərici 128.8 punkta kimi yüksəlsə də yenidən iyun ayında 126.4 punkta kimi azalıb. Keçən həftə açıqlanan Amerika Mərkəzi Bankının (FED) Filadelfiya filialının sənaye indeksi də iyun ayında 2017-ci ilin sentyabr ayından bugünə kimi ən aşağı səviyyəyə (19.9) düşmüşdür. 

 

EUR 1.1765$, GBP 1.3323$-a kimi bahalaşa bilər

 

Avronun qiyməti 1.1634$-a kimi ucuzlaşdıqdan sonra 0.3% bahalaşıb. Beləliklə, EUR/USD məzənnəsi 1.1700$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1765$-a kimi də bahalaşa bilər.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

GBP/USD məzənnəsi də 1.32$-ın üzərində təklif edilməkdədir. Qiymət bu səviyyənin üzərində qaldıqca, 1.3267 və 1.3323$-a kimi də dəyər qazana bilər.

 

USD/TRY yenidən ucuzlaşır

 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.73TL səviyyəsində müqavimətlə rastlaşıb və 4.62TL-yə kimi ucuzlaşıb. Bundan sonra eniş dalğasının əlavə olaraq 4.48TL-yə kimi sürətlənməsi üçün 4.57TL-nin aşağı istiqamətdə qırılmasını gözləmək lazımdır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

27.06.2018 07:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ