Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ Ali Məhkəməsi Trampın səyahət qadağasını təsdiq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Ali Məhkəməsi Trampın səyahət qadağasını təsdiq etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Ali Məhkəməsi (Konstitusiya Məhkəməsi), Prezident Donald Trampın, aralarında bəzi Müsəlman ölkələrin də olduğu 7 ölkəni hədəf alan səyahət qadağasını Amerika Konstitusiyasına uyğun olduğuna qərar verib.
 

"Marja" xəbər verir ki, ABŞ Ali Məhkəməsində keçirilən səsvermədə qərar 5-ə qarşı 4 səs ilə qəbul olunub.
 

Reklam_3_11

 Ali Məhkəmənin sədri Con Roberts, qərarın qəbul olunmasının ardından verdiyi açıqlamada, Trampın qərarının "Müsəlmanlara qarşı qərəz kimi başa düşülməməsi" lazım olduğunu bildirib.
 

Qərarın ardından Tramp da sosial media hesabından, "Konstitusiya Məhkəməsi Trampın səyahət qadağasının uyğun olduğunu təsdiq etdi. Wow!"- ifadələrini istifadə edib.
 

Ağ Evdən verilən yazılı açıqlamada da da qərarın Amerika xalqı üçün bir qələbə olduğu qeyd edilib.


 
 5-İ MÜSƏLMAN CƏMİ 7 ÖLKƏ
 

Əhalisinin əksəriyyəti Müsəlmanlar olan İran, Suriya, Liviya, Yəmən və Somali ilə bərabər, Şimali Koreya və Venesuela vətəndaşları da yeni ABŞ vizası müraciətlərində sözügedən qadağaya ilişəcəklər.
 

İlk olaraq sentyabr ayında Tramp rəhbərliyinin gündəmə gətirdiyi və orijinal halında Çadın da adının olduğu siyahıda sonrakı aylarda yeniləmə aparılmış və Çad "öhdəliklərini yerinə yetirdiyi" və bu səbəblə də siyahıdan çıxarmışdı.
 

Virciniya Federal Kassasiya Məhkəməsi keçən aylarda, Trampın 3-cü və son səyahət qadağanı Konstitusiyaya zidd olduğunu açıqlamışdı.
 

Məhkəmə qadağanə "İslamı ləkələməyə yönəlik bir cəhd" olduğuna hökm etmişdi.
 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Donald Tramp, ilk səyahət qadağası qərarını vəzifəyə gəldiyi həftə vermiş, ancaq xüsusilə hava limanlarında xaosa səbəb olan qərar, qısa müddət ərzində 9-uncu Region Kassasiya Məhkəməsi tərəfindən dayandırılmışdı.
 

İkinci səyahət qadağasını 2017-ci ilin Martda açıqlayan Trampın bu qərarı da qısa müddətdə məhkəmə tərəfindən ləğv edilmişdi.

27.06.2018 07:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ