Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Şabalıd bağlarında xəstəlik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şabalıd bağlarında xəstəlik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şəki-Zaqatala bölgəsində şabalıd bağlarında xəstəlik yayılıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, xəstəliyə qarşı dünya miqyasında tam səmərəli mübarizə tədbiri olmadığı üçün təsərrüfat sahiblərinə aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə olunub.

 

Ağacın gövdəsində xəstəliyin əlamətləri müşahidə olunursa, mexaniki üsullardan istifadə etməklə, xəstəliyə yoluxaraq qurumuş və çürümüş hissələr təmizlənməli, xəstəliyə 30-60% yoluxmuş ağacların budaqları zədələrdən 25 sm aşağı olmaqla kəsilməli və yandırılmalı, 60 %-dən çox yoluxmuş və tam qurumuş ağaclar isə kök boğazından yuxarı kəsilməli və kötüyün yerüstü hissəsi də daxil olmaqla yandırılmalıdır. Bu proses, xüsusilə, qış aylarında həyata keçirilməlidir ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi  üçün ona 15 gündən bir 3 dəfə karbendazim, benomil, epoksikonazol tərkibli fungisidlər  çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir.

 

Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir. Qeyd edək ki, ölkəyə idxal olunan sahib bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd (Castenea spp.) və palıd (Quercus spp.) cinsinin oduncağı C. parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir. Xəstəliyə qarşı mübarizədə hipovirulent ştamların istifadəsi xəstəliyi nəzarətdə saxlamaq üçün perspektivli hesab edilir.

27.06.2018 09:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ