Ən yuxarı statik reklam-3_3

“Dağ şəlaləsi”nin sahibi cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dağ şəlaləsi”nin sahibi cərimələndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən “Dağ şəlaləsi” istirahət mərkəzində formalaşan çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı istirahət mərkəzində ekoloji və sanitar qaydalara riayət olunmadığı, primitiv üsulla inşa edilmiş sanitar qovşaqda əmələ gələn çirkab suların birbaşa Girdiman çayına axıdıldığı faktı öz təsdiqini tapıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Faktla bağlı istirahət mərkəzinin sahibi Əkbər Fətəliyev barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində inzibati qaydada 1000 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

Operativ tədbirlər nəticəsində çirkab suların çaya axıdılmasının qarşısı alınıb.

27.06.2018 10:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ