Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Sığorta şirkətlərində yeni hesabatlılıq formasının tətbiqinə başlanılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətlərində yeni hesabatlılıq formasının tətbiqinə başlanılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanın sığorta sektorunda korporativ idarəetmə ürəkaçan səviyyədə deyil. Bununla bağlı sığorta qanunvericiliyinə dəyişiklik nəzərdə tutulur".

 

Reklam_3_11

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.

 

“Məsələn, Audit komitəsinə olan tələblər dəyişdiriləcək. Komitə artıq səhmdarların ümumi yığıncağına deyil, birbaşa Müşahidə Şurasına tabe olacaq”, - deyə o qeyd edib.

 

A.Zülfüqarov sığorta şirkətlərində yeni hesabatlılıq formasının tətbiqinə başlanılacağını da bildirib: "Hesab edirik ki, bütövlükdə sığorta sektorunda hesabatlılıq dəyişməlidir. Belə ki, hesabatların tezliyi ürəkaçan səviyyədə deyil və istifadə olunan hesabatlılıq aşınmış vəziyətdədir. Bunu nəzərə alaraq beynəlxalq təşkilatlardan Beynəlxalq Valyuta Fondunu dəvət etdik, sığorta üçün prinsipləri öyrəndik. Biz artıq 3 sığorta şirkətini pilot layihəyə cəlb etmək istəyirik. İlin sonuna qədər risk əsaslı yanaşma ilə onlardan hesabatlılıq tələb edəcəyik. Artıq bu işə növbəti ayın əvvəlində start verməyi planlaşdırırıq. Yəni sığorta sektorunda hesabatlar iki formada olacaq: köhnə qaydada və risk əsaslı müəyyən edilmiş yeni qaydada. Təbi ki, biz bunun beynəlxalq audit şirkətləri və Azərbaycan Sığortaçılar Assosasiyası (ASA) ilə birlikdə tətbiqini planlaşdırırıq".

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Report

27.06.2018 15:33

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ