Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xəmir mayası satışını 3 dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəmir mayası satışını 3 dəfə artırıb

Preslənmiş xəmir mayası istehsalçısı “Azər-Maya” ASC 2017-ci ili 31 min 365 manat xalis mənfəətlə başa vurub. Şirkət 2016-cı ildə 18 min 864 manat, 2015-ci ildə isə 22 min 971 min manat xalis mənfəət əldə etmişdi. 


"Marja" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il ASC-nin satışdan gəlirləri 62% artaraq 1 milyon 738 min 865 manata yüksəlib. ASC satışdan 2016-cı ildə 1 milyon 71 min manat, 2015-ci ildə isə 541 min manat gəlir əldə etmişdi. Son 2 ildə “Azər-Maya”nın satışdan gəlirləri 3 dəfə artıb. Gəlirlər 3 dəfə artsa da şirkətin xalis mənfəəti 36% artıb.

 

Ötən il satışdan gəlirlərin 81%-ni və ya 1 milyon 410 min manatını satışın maya dəyəri təşkil edib. İnzibati və digər xərclər çıxıldıqdan sonra 39 min 206 manat əməliyyat mənfəəti qalıb. Bu mənfəətdən 7 min 841 manat mənfəət vergisi ödənilib.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

31 Dekabr 2017-ci il tarixində “Azər-Maya” ASC 3 milyon 844 min manat cəmi aktivlərə, 3 milyon 320 min manat cəmi öhdəliklərə və 523 min manat cəmi kapitala malik olub.

 

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər – Maya” Açıq Səhmdar Cəmiyyəti  yaradılmışdır. “Azər-Maya” ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

28.06.2018 06:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ