Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"SDL Nobel" istehsal sahəsini yenidən qurub - YENİ MAŞINLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"SDL Nobel" istehsal sahəsini yenidən qurub - YENİ MAŞINLAR

"SDL Nobel" göstərdiyi xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədi ilə öz istehsal sahəsində yenidənqurma işlərini başa çatdırıb.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, nəticədə istehsal xətti yenidən təşkil olunub, xidmətlərin çeşidini genişləndirən əlavə avadanlıqlar quraşdırılıb və təkmilləşdirilmiş iş şəraiti təmin olunub.

 

Viktalik birləşmələrin hazırlanması, profil materialların kəsilməsi, qaynaq tillərin hazırlanması və sair üçün maşınlar şirkətin avadanlıq inventarını genişləndirib. Müasir avadanlıqlar daha yaxşı xidmət göstərməyə imkan verir, həmçinin texniki imkanlar, xidmətin müddəti və onunla bağlı xərclər baxımından şirkəti bazarda fərqləndirir.

 

Müxtəlif tipli qaynaq növlərinin tətbiqi üçün müasir qaynaq masaları quraşdırılıb. Həmçinin, istehsal zəncirinin son halqası olan rənglənmə emalatxanası təmir olunaraq yenidən qurulmuş və bununla da boyama işinin keyfiyyətinin daha da artması təmin edilib.

 

"SDL Nobel" təhlükəsizlik standartlarına böyük əhəmiyyət verir. Yenidənqurma işlərinin nəticəsində işçilər üçün təhlükəsiz iş mühitin vacib amili olan havalandırma sisteminin təzələnməsi həyata keçirilib.

 

Bütün yeniliklər daha səmərəli və təhlükəsiz istehsalın təmin edilməsinə, eləcə də məhsuldarlığın artırılması və xərclərin azaldılmasına xidmət edir.

 

Yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb. "SDL Nobel" özünün birgə sahibləri olan "Nobel Oil Services" (UK) Limited və "SDL Denholm Limited" şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.

 

“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.

28.06.2018 08:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ