Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Gömrük rəsmiləşdirilməsinin müddətləri azaldılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük rəsmiləşdirilməsinin müddətləri azaldılacaq


Gömrük  rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədilə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməcək.

 

"Marja" xəbər verir ki, bu, "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tulutb.

 

-Gömrük rəsmiləşdirilməsində yuxarı hədd müddətlərinin azaldılması, 

 

-gömrük prosedurlarında operativliyi təmin etmək üçün “elektron növbə” sisteminin tətbiqi,

 

-idxal edilən mallara şamil olunan gömrük ödənişlərinin hesablanması məqsədilə sahibkarlar üçün interaktiv elektron kalkulyator xidmətinin Dövlət Gömrük Komitəsinin internet portalında təşkili,

 

-gömrük orqanlarında göstərilən elektron xidmətlərin genişləndirilməsi,

 

-xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük rəsmiləşdirilməsinin bütün mərhələlərində yüklər haqqında,

 

-sms-məlumatların göndərilməsi,

 

-gömrük sərhədini keçən şəxslərə münasibətdə gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi,

 

-xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanları tərəfindən ödənişsiz maarifləndirmə xidmətlərinin təşkili,

 

-gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması üçün birgə seminar və təlimlərin təşkil edilməsi, onların əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması görüləcək işlərdir. Bu tədbirlər 1 yanvar 2019-cu il tarixinədək icra edilməlidir.


ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Eyni zamanda, Tədbirlərə görə, Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi nəzərdə tutulur.  
 

Gömrük prosedurları üçün tələb olunan sənədlərin sayının azaldılması, idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işinin təşkili,  gömrük rəsmiləşdirilməsi zamanı “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsi nəzərdə tutulur. Bu tədbirlər 1 sentyabr 2018-ci il tarixinədək icra edilməlidir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncam ilə, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.

28.06.2018 17:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ