Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

1 çıxarışa 150 manat ödəniləcək - Qida sahəsindəki sahibkarların nəzərinə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 çıxarışa 150 manat ödəniləcək - Qida sahəsindəki sahibkarların nəzərinə!

"Dövlət rüsumu haqqında"  qanuna əlavə və dəyişikliklər edilib.  

 

Dəyişikliyə görə, qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 20 manat tələb ediləcəkdir. 


Baytarlıq sertifikatının verilməsinin (bir sənəd) qiyməti 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi (bir icazə) 3 manatdan 10 manata qaldırılıb.

 

 Fitosanitar sertifikatlarının verilməsi üçün:

-Bir poçt göndərişinə (dəst) - 20 qəpikdən 2 manata,

-Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) 1 manatdan 10 manata qaldırılıb.

 
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:

-reyestrdən çıxarışın verilməsi - 150 manat;

-reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;

-reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat müəyyən edilib.


Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasının dövlət rüsumu 5 qəpikdən 5 manatadək qaldırılıb (Ətraflı aşağıdakı cədvəldə).

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq.

  

Sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və  satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.

 

Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.


 

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

Sıra nömrəsi

Heyvanlar, heyvan mənşəli məhsullar və xammal

Ölçü vahidi

Dövlət rüsumunun məbləği

(manatla)

1

2

3

4

 1.

Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək)

1 müayinə

5,00

2. 

Qoyun və donuz əti (1 cəmdək), donuz piyi — (1 partiya)

1 müayinə

4,00

3. 

Diri quş və quş əti (1 baş və ya 1 cəmdək)

1 müayinə

0,05

4. 

Hazır ət məhsulları (hər biri 1 partiya)

1 müayinə

5,00

5. 

İçalat, dil, baş, dırnaq — 1 partiya

1 müayinə

3,00

6. 

Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya

1 müayinə

3,50

7. 

Yumurta (topdansatış — 1 partiya (1000 ədəddən artıq)

1 müayinə

2,50

8. 

Yumurta (pərakəndə satış — 1 partiya (1000 ədədə qədər)

1 müayinə

1,30

9. 

Süd və süd məhsulları, mum, vərəmum  — hər biri 1 partiya

1 müayinə

2,60

10. 

Arı balı — 1 partiya

1 müayinə

4,50

29.06.2018 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ