Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Mərkəzi Bankın hərrac açıqlamsında ifadə dəyişikliyi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın hərrac açıqlamsında ifadə dəyişikliyi

Azərbaycan Mərkəzi Bankı hərrac keçirilən gün yaydığı məlumatda dəyişiklik edib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, əvvəlki məlumatlardada “manatın orta çəkili məzənnəsinin” hərracda müəyyənləşdiyi qeyd edilirdi.

 

Bu gün Mərkəzi Bankın yaydığı məlumatda isə qeyd edilir ki, 7 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşmışdır.

 

Qısası, hərracın nəticəsi barədə açıqlanan ilkin məzənnədə banklararası bazarda aparılan əməliyyatların nəticəsi də nəzərə alınır.

 

Qeyd edək ki, əvvəllər də, bəzi hallarda Mərkəzi Bankın növbəti gün üçün açıqladığı rəsmi məzənnə hərracın nəticəsi ilə fərqlənirdi. Məsələn, dünən hərracın olmadığı gün rəsmi məzənnə 1.9111 səviyyəsindən 1.8769 səviyyəsinə düşmüşdü. Səbəb banklararası bazarda aparılan əməliyyatlar idi.

07.02.2017 11:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ