Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Quran kurslarının açılması üçün icazə alınmalıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Quran kurslarının açılması üçün icazə alınmalıdır"

"Təəssüf ki, məscidlərdən kənarda da Quranı tədris edən kurslar olur. Bəzən bunun qarşısını alarkən belə mənalandırırlar ki, guya Quran kurslarının açılmasını istəmirik".

 

Reklam_3_11

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

 

O bildirib ki, Quran və digər müqəddəs dini kitabların öyrədilməsi, belə kursların açılması qanunvericiliyin tələblərinə uyğun olmalıdır:

 

"Quran kurslarının açılması üçün Qafqaz Müsəlmanları İdarəsindən icazə alınmalıdır. Təəssüf ki, bu gün məscidlərdən kənarda qanunsuz dini fəaliyyətlərin aparılması halları var. Bəzi şəxslər qarajını, bəziləri isə evini məscidə çevirmək istəyirlər. Kimsə evini, qarajını məscid kimi istifadə edə bilməz".

 

G.İsmayılov qeyd edib ki, qanunsuz dini fəaliyyətlərin qarşısı alınır və bundan sonra da alınacaq.

 

Komitə rəsmisi onu da əlavə edib ki, ölkədə xaricdən gələn kimsənin dini təbliğat aparması yolverilməzdir və bunun qarşısı alınır: "Əsas problem odur ki, dini icmaların böyük əksəriyyəti "Dini etiqad azadlığı" haqqında qanunla və nizamnamə ilə tanış deyillər. Bu, həm islam, həm də qeyri-islam dini icmalarında olur".

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Trend

29.06.2018 10:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ