Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azər Türk Bank əmanətlərin müddətini və faizini artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank əmanətlərin müddətini və faizini artırdı

(®) Dövlət bankı Azər Türk Bank mövcud tələbatı nəzərə alaraq müştərilərinə əmanətlər üzrə yeni məhsul təqdim edir.

 

Artıq Bankda 36 ay müddətinə yüksək faizlə depozit yerləşdirmək mümkündür. Bank “Klassik” əmanəti adı altında müştərilərinə 6 aydan başlayaraq, 3 il müddətinə qədər əmanət yerləşdirmək imkanı yaradır. Ətraflı: http://www.azerturkbank.az/deposits/classic/info/

 

Yeni məhsul olan 36 aylıq əmanətə görə, müştəri faizlər aylıq ödənildikdə illik 9,5%, müddətin sonunda ödənildikdə isə illik 10% gəlir əldə edir.

 

Qeyd edək ki, bu müddətə cəlb edilən əmanətlər, minimal məbləğ 500 AZN olmaqla, yalnız milli valyutada qəbul edilir. Digər müddətli əmanətlər isə manat, avro və ABŞ dollarında qəbul olunur.

 

“Klassik” əmanəti üzrə müştəriyə şəxsi istifadə, aylıq depozit faizlərinin əldə edilməsi və ya kredit xəttindən faydalanmaq üçün üçillik xidmət müddəti ilə bir ədəd plastik kart hədiyyə edilir.

 

Azər Türk Bankda yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

 

“Klassik” əmanəti haqqında daha ətraflı məlumatı http://azerturkbank.az/deposits/classic/info/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

29.06.2018 11:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ