Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Milli Məclis daha bir neft sazişinə razılıq verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Məclis daha bir neft sazişinə razılıq verdi

Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi–Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Statoil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi təsdiq olunub.

 

Reklam_3_11

Layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında təsdiqlənib.

 

Qeyd edək ki, “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş bu il mayın 30-da SOCAR-la Norveçin "Equinor" (keçmiş “Statoil”) şirkəti arasında imzalanıb.

 

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Equinor" qrupunun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıblar.

 

HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

 

“Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. 

29.06.2018 12:05

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ