Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Polisin cərimə meydançasında 50-dən çox avtomobil yandı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Polisin cərimə meydançasında 50-dən çox avtomobil yandı - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

18:30 - Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.

 

FHN-dən "Marja"-ya daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.

 

Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

XXX

 

15:49 -Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib.

 

Məlumata görə, 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb.

 

Yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox avtomobil yanıb.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

 

Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlardır.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, təxminən 3-4 hektar ərazidə quru ot və qəzaya uğramış, istismara yararsız avtomobillər yanıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək. 

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

© APA

29.06.2018 13:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ