Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Əmanətlərdə dollarlaşma düşür - DOLLAR ƏMANƏTLƏRİ AZALIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərdə dollarlaşma düşür - DOLLAR ƏMANƏTLƏRİ AZALIB

2018-ci ili May ayında Aprel ayı ilə müqayisədə banklarda fiziki şəxslərin əmanətləri 13,9 milyon manat azalaraq 7 milyard 867.5 milyon manata düşüb. Səbəb Dollar əmanətlərinin banklardan çıxarılmasıdır. 

 

Reklam_3_11

"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Mayda milli valyutada olan əmanətlər 31,4 milyon manat artaraq 2 milyard 919.2 milyon manata qalxıb, xarici valyutada olan əmanətlər isə 45,2 milyon manat azalaraq 4 milyard 948.3 milyon manata düşüb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Mayın sonunda xarici valyutadakı əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi 62,9% təşkil edib. Aprelin sonunda bu nisbət  63,4% idi. 

 

Fiziki şəxslərin əmanətlərinin 7 milyard 132 milyon manatı rezidentlərə, 735.5 milyon manatı qeyri-rezidentlərə məxsus olub.

 

Əmanətlərin 5 milyard 746.1 milyon manatını qısamüddətli (1 ilədək), 2 milyard 121.4 milyon manatını uzunmüddətli əmanətlər təşkil edib.

29.06.2018 16:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ