Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Bakı-Pivə"nin xalis mənfəəti cüzi artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı-Pivə"nin xalis mənfəəti cüzi artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bakı-Pivə" ASC 2017-ci ili 399 min 946 manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, ASC 2016-cı ili 311 min 526 manat xalis mənfəət ilə bağlamışdı.

 

Reklam_3_11

“Marja” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-c ildə 488 min 538 manat olmuş əsas əməliyyat gəliri 2017-ci ildə 488 min 746 manat təşkil edib. Sair əməliyat gəliri və 2016-cı il üzrə düzəliş hesabına şirkətin ümumi əməliyyat gəliri 631 min 745 manata yüksəlib. Əməliyyat xərcləri çıxıldıqdan sonra ASC-nin 499 min 933 manat mənfəəti yaranıb. Mənfəətdən 99 min 987 manat mənfəət vergisi ödənilib.

 

31 Dekabr 2017-ci il tarixində "Bakı-Pivə" ASC 2 milyon 391 min manat cəmi aktivlərə, 1 milyon 717 min manat cəmi kapitala və 674 min 149 manat cəmi öhdəliklərə malik olub.

 

"Bakı-Pivə" ASC 2016-cı ilin sonunda 2 milyon 139 min manat cəmi öhdəliklərə, 1 milyon 745 min manat cəmi kapitala və 394 min manat cəmi öhdəliklərə malik idi. ASC-nin aktivlərinin artmasının səbəbi debitor borcların 1 milyon 709 min manatdan 1 milyon 960 min manata qalxmasıdır. "Bakı-Pivə"nin qısamüddətli öhdəlikləri də artıb.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Keçmiş Xırdalan Pivə Zavodu olan "Bakı-Pivə" ASC-nin əmlakı "Carlsberg Azerbaijan" MMC-nin ( əvvəlki "Baltika Bakı" MMC) icarəsindədir. "Carlsberg Azerbaijan" şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı  Kopenhagen şəhərində yerləşən “Carlsberg Group”a məxsusdur. "Bakı Pivə" ASC-nin də səhm nəzarət paketi “Carlsberg Group” şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə "Carlsberg Azerbaijan" şirkəti məşğul olur. Bu səbəbdən gəlirin böyük hissəsi bu şirkət tərəfindən götürülür.

30.06.2018 06:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ