Hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentİndən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Havanın temperaturu gecə  23-27° isti, gündüz  37-41° isti olacaq.  Bakıda  gecə  25-27° isti, gündüz  38-40° isti olacağı gözlənilir.


Atmosfer  təzyiqi  normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz 20-30 % olacaq.

 

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.

 

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək.

 

Qeyd olunub ki, Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11.00-17.00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

 

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz  38-43° isti, dağlarda  gecə  17-22° isti, gündüz  26-31° isti təşkil edəcək.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

 

İyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41° isti olacağı gözlənilir.

 

Qeyd olunub ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

30 İyun 2018 , 14:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin