Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Nəhəng bankdan Dollar/TL-də 5 proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng bankdan Dollar/TL-də 5 proqnozu

ABŞ-ın  investisiya bankı "Morgan Stanley" ilin son rübündə Dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.
 

"Marja" xəbər verir ki, seçkilərdən sonra ilk Dollar/TL  proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə Dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra Dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.
 

Reklam_3_11

Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.
 

 İLİN İKİNCİ RÜBÜNDƏN SONRA YAVAŞLAMA GÖZLƏYİR
 

Türkiyə iqtisadiyyatının ilk rübdə 7,4 faiz olmaqla güclü bir böyümə göstərdiyinə işarə edən Morgan Stanley, ancaq 2018-in ikinci rübündən etibarən artımın ləngiməsini gözlədiklərini bildirib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Son dövrdəki pul siyasətinin sərtləşdirilməsi və bazar oynaqlığına görə Türkiyə iqtisadiyyatında artımın 4 faiz ətrafına və ya aşağı düşəcəyini nəzərdə tutduqlarını qeyd edən "Morgan Stanley", "İqtisadiyyatda daha çox ləngimə isə, maliyyə siyasətlərinin 2018-in ikinci yarısındakı istiqamətinə bağlı olacaq" deyib.
 

Türkiyə üçün 2018-ci il  üzrə ÜDM artımı proqnozunu 4,2 faiz olaraq davam etdirən "Morgan Stanley", bu proqnoz üçün risklərin açıq şəkildə aşağı yönlü olduğunu vurğulayıb.

02.07.2018 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ