Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

İstehlak kreditlərində böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehlak kreditlərində böyük artım

Bankların ev təsərrüfatlarına ayırdıqları xalis kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər xaric) Mayda kəskin artıb.

 

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Aprel ayı ilə müqayisədə Mayda ev təsərrüfatlarına ayırılmış xalis kreditlər (istehlak kreditləri) 102,2 milyon manat artaraq 3 milyard 6,8 milyon manata çatıb. Bu 2018-ci ildə qeydə alınmış ən böyük artımdır.

 

Mayda ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə cəmi 8,3 milyon manat artaraq 1 milyard 793.1 milyon manata çatıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Beləliklə, cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 110,5 milyon manat artaraq 4 milyard 799,9 milyon manata yüksəlib.

 

Ötən ilin sonu ilə müqayisədə isə yanvar-may aylarında ev təsərrüfatlarına ayırılmış xalis kreditlər 137,6 milyon manat, ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə 55,8 milyon manat artıb. 5 ayda cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər isə (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 193,4 milyon manat artıb.

 

Aprel ayının sonu ilə müqayisədə Mayda cəmi kreditlər 129,7 milyon manat artaraq 11 milyard 945.5 milyon manata qalxıb. Bu artımın 85%-i ev təsərrüfatlarına ayrılmış kreditlərin artması hesabına yaranıb.

 

milyon manatla

İL

Cəmi

Ev təsərrüfatlarına

o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla)

2017 Dekabr

11757.8

4606.5

1737.3

Yanvar 2018

11656.1

4522.8

1707.8

Fevral 2018

11561.1

4575.3

1761.5

Mart 2018

11663.5

4635.1

1777.9

Aprel 2018

11815.8

4689.4

1784.8

May 2018

11945.5

4799.9

1793.1

02.07.2018 06:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ