Samir Şərifov BVF və Dünya Bankının toplantısında iştirak edir

İyulun 1-də Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb.

 

Polşa Milli Bankının və Polşa Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və iyulun 2-dək davam edəcək Seçki Qrupunun Toplantısında Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edir. Bu barədə "Marja"ya Maliyyə Nazirliyindən bildirilib.

 

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla açıq interaktiv müzakirələr aparılacaq.

 

Toplantı çərçivəsində həmçinin, “Əlaqəli dünyada kapital axınının idarə edilməsi” və “Zirvəyə doğru: İnnovasiya, artım və dövlətin rolu” mövzusunda panel müzakirələrinin də keçirilməsi planlaşdırılır.

 

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

2 İyul 2018 , 09:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin