Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Geriləyən “Günay Sığorta”nın İdarə Heyətinə yeni təyinat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Geriləyən “Günay Sığorta”nın İdarə Heyətinə yeni təyinat

“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahin oğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir. 

 

Bu barədə "Marja"ya Şirkətdən bildirilib.

 

İlkin Mirzəyev 2008-ci ildə Azərbaycan Dövlət İqtisad universitetinin Maliyyə Kredit fakultəsinə daxil olmuş və 2012-ci ildə təhsilini bitidikdən sonra 2012-2013-cü illərdə “Türk Sigorta Enstitüsü Vakfı”nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışmışdır. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. Sığorta sahəsində ölkə xaricində və daxilində çox saylı layihələrdə və seminarlarda iştirak etmişdir.

 

Aprel ayında İdarə Heyətinin sədri Həsən Bədəlov yenidən Müşahidə Şurasının üzvü seçilmişdi. “Günay Sığorta” ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarı əsasında Axundov Eldar Fikrət oğlu “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini və sədri vəzifələrini müvəqqəti icra edən təyin edilmişdi.

 

2017-ci ilin yanvar-may dövründə 4 milyon 272 min manat sığorta haqları toplamış "Günay Sığorta", 2018-ci ilin yanvar-may dövründə cəmi 2 milyon 937 min manat sığorta haqları toplamağa nail olub (Yığımlarda 31% azalma).

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

02.07.2018 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ