Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bankdan yeni kart həmləsi - TƏQDİM ETDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bankdan yeni kart həmləsi - TƏQDİM ETDİ

Kapital Bank 28 iyun 2018-ci il tarixində yeni BirKart Miles kartının təqdimat mərasimini keçirib.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, sözügedən kartlar vasitəsilə nağdsız ödənişlər etdikdə mil şəklində olan bonuslar toplanır və həmin milləri aviabiletə dəyişdirərək istifadə etmək mümkündür.

 

Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Mastercard-ın regional meneceri Erdem Çakardan və digər rəsmi şəxslər iştirak edirdi. Təqdimat mərasimində qonaqlara kartın üstünlükləri və şərtləri barədə ətraflı məlumat verilib.

 

BirKart Miles kartları həm debet kart şəklində, həm də kredit xətti şəklində müştərilərə təklif olunur. İllik qiyməti 35 manatdan başlayan BirKart Miles kartı aktivləşən kimi balansına hədiyyə olaraq 1500 mil əlavə olunur. Kartların müddəti maksimum 3 il olmaqla, AZN/USD/EUR valyutasında müştərilərə təklif olunur.

 

Kartlar üzrə hesabda mövcud olan şəxsi vəsaitlərə illik depozit faizi hesablanılır və mil şəklində toplanır. Kartlara həmçinin “Lounge Key” funksiyası da tətbiq edilib.

 

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

02.07.2018 08:14

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ