Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR

31 may 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 milyard 559 milyon  manat, kredit potfeli 11 milyard 552 milyon manat, cəmi öhdəlikləri isə 23 milyard 630 milyon manat təşkil edib.

 

Reklam_3_11

Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

30 aprel 2018-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.7 mlrd. manat, cəmi öhdəlikləri isə 23.8 mlrd. manat təşkil etmişdi.

 

Sektorun balans kapitalı 3 milyard 929 milyon manat, əhalinin əmanətləri isə 7 milyard 868 milyon  manat olub. 2018-ci ilin may ayı ərzində bank sektorunun aktivləri 0.3% (92 mln. manat), öhdəlikləri 0.6% (149 mln. manat) azalıb, kapitalı isə 1.5% (57 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyinin artması müşahidə olunur. Belə ki, kredit portfeli may ayı ərzində 1.1% (130 mln. manat) artıb.  

   

2018-ci ilin may ayında daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 2.5% (137 mln. manat) artıb.

 

Bank sektoru cari ilin may ayında 52 mln. manat mənfəət generasiya edib. Əldə olunan mənfəət sektorun sağlamlaşdırılması tədbiri olaraq ötən dövrlərdə formalaşmış kredit  itkilərinin qarşılanmasına yönəldilib. 

 

1 GÜNƏ KREDİT ALIN!

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 471 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 1% (159 nəfər) artaraq 16 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3% (491 nəfər) artıb.

 

31 may 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

02.07.2018 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ