Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakcell beynəlxalq zənglərin qiymətinin dəyişməsinə aydınlıq gətirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakcell beynəlxalq zənglərin qiymətinin dəyişməsinə aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, Azərbaycanın mobil operatoru Bakcell şirkəti, bu gün abunəçilərinə beynəlxalq zənglərin qiymətinin dəyişəcəyi barədə mesaj göndərib.

 

Mesajda “ Hörmətli Abunəçi, Tarif Şurasının qərarına əsasən 14 fevral 2017-ci il tarixindən beynəlxalq zənglərin qiyməti dəyişərək 0,32 AZN/dəq təşkil edəcək” deyilir. Mobil operatorun mesajı bir çox abunəçilərdə çaqınlıq yaradıb və ya yeni tarifin müəyyən olunduğu kimi başa düşülüb.

 

Bakcell şirkətindən mesaj ilə bağlı “Marja”nın sualına cavab olaraq onu bildirildi ki, beynəlxalq zənglərin qiyməti (0,32 AZN/dəq)  Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli, 6 №-li qərarı ilə nəzərdə tutulub.

 

“Satış şöbəsi tərəfindən şirkətimizin daxili imkanları hesabına bəzi müəssisələrə güzəşt edilərək bu xidmətlər daha ucuz qiymətə təklif olunurdu. Lakin 14 fevral 2017-ci il tarixindən etibarən  bütün fiziki və hüquq şəxslər üçün beynəlxalq zənglərin qiyməti 0,32 AZN/dəq təşkil edəcək”,- deyə mobil operatorun cavabında bildirilir.

 

Qeyd edək ki, Tarif Şurasının müvafiq qərarına əsasən 2014-cü ilin 1 Yanvar tarixindən istiqmətdən asılı olmayaraq beynəlxalq zənglərin 1 dəqiqəsinin qiyməti 32 qəpikdir. 

07.02.2017 12:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ