Ən yuxarı statik reklam_3

“Azərbaycanla sərhəddə heç bir problem yoxdur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycanla sərhəddə heç bir problem yoxdur”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan və İran  dövlətləri təhlükəsizliyin təmin edilməsi üçün çalışır. İki ölkənin  sərhədlərində heç bir problem yoxdur”. 

 

Bunu  açıqlamasında İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib. 

 

Ə. Rəhmani Fəzli iki ölkənin sərhəd bölgələrində əməkdaşlığın davam etdirilməsindən danışaraq bildirib ki, sərhədlər təhlükəsiz və açıqdır: “Sərhədlərimizdə qanunsuz gediş-gəliş və qaçaqmalçılıq baş vermir”. 
 

Nazir əlavə edib ki, hər iki ölkənin sərhədçiləri arasında davamlı görüşlər keçirilir: “Bu sahədə heç bir narahatlıq yoxdur. Əlbəttə, sərhədlərdə bəzi hadisələr baş verir, lakin qarşısı alınır”.  
 

Ə. Rəhmani Fəzli iyunun 21-də sərhəddə baş vermiş hadisəyə də toxunub. O qeyd edib ki, bu hadisə Azərbaycan ərazisində baş verib: “Lakin Sərhəd Qoşunlarına göstəriş vermişəm ki, bu məsələni dəqiq araşdırsınlar və mənə rəsmi hesabat təqdim etsinlər. Məsələnin mahiyyəti bundan sonra müəyyən olunacaq. Hələlik isə görünən odur ki, bu hadisə Azərbaycanın ərazisində baş verib”.

 

Xatırladaq ki, iyunun 21-də Cəlilabad rayonu ərazisində, İranla sərhəddə sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və onların qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar. Əsgər R. Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyyat olunub.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© APA

02.07.2018 11:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ