“Union Lizinq” kiçilib, gəlirləri kəskin azalıb

 

“Union Lizinq” ASC 2017-ci ili 418 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2016-cı ildə 427 min 931 manat xalis mənfəət əldə etmişdi.

 

Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 2 milyon 654 min manat olmuş əsas əməliyyat gələri 2017-ci ildə 1 milyon 706 min manata geriləyib. Şirkətin sair əməliyyat gəliri isə 428 min manatdan 419 min manata düşüb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Union Lizinq”in əsas əməliyyat gələri 36% azalsa da satışın maya dəyərinin və kommersiya xərclərinin daha çox aşağı düşməsi hesabına, 2016-ci illə müqayisədə ötən il əməliyyat mənfəəti cəmi 2% azalıb (427,9 min manatdan 418,6 min manata düşüb). Əməliyyat mənfəətindən mənfəət vergisi ödənməyib.

 

ŞİRKƏT KİÇİLİB

 

2016-cı illə müqayisədə ötən il “Union Lizinq”in cəmi aktivləri 24,5% azalaraq 13 milyon 837 min manata düşüb. Şirkət 2016-cı ilin sonunda 18 milyon 347 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalmasının səbəbi lizinq üzrə debitor borcların 18 milyon 334 min manatdan 13 milyon 777 min manata geriləməsidir.

 

“Union Lizinq” 100% İsmayılov Abdul Rauf oğluna məxsusdur.

3 İyul 2018 , 08:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin