Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İnvestisiya şirkətlərinin məcmu xalis mənfəəti 43% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestisiya şirkətlərinin məcmu xalis mənfəəti 43% artıb

Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 7 investisiya şirkətinin 2017-ci ildə məcmu əməliyyat gəlirləri 7,934 mln. manat təşkil edib.

 

Bu, 2016-ci ilə nisbətən 66,4% çoxdur.

 

Hesabat ilində şirkətlərin məcmu əməliyyat xərcləri isə 56,6% artaraq 6,336 mln. manat olub. Onlardan 6-nın gəlirləri, 5-nin isə xərcləri artıb.

 

Son nəticədə ötən ilin yekununda investisiya şirkətlərinin əməliyyat mənfəəti 1,597 mln. təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. 7 şirkətdən yalnız 4-ü əməliyyat mənfəəti əldə edə bilib.

 

Hesabat dövründə şirkətlərin digər xərcləri isə 48 min manat olub (bundan əvvəl 332 min manat digər gəlirləri olmuşdu).

 

Beləliklə, 2017-ci ildə investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 1,549 mln. manat təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 47,2% çoxdur. Ötən il şirkətlər əvvəlki illə müqayisədə 60,8% çox – 422 min manat mənfəət vergisi ödəyib. Bununla da, 2017-ci ildə investisiya şirkətlərinin məcmu xalis mənfəəti 1,127 mln. manat olub ki, bu da 2016-cı ilə nisbətən 42,8% çoxdur.

 

7 maliyyə qurumundan yalnız 1-i “Kapital Menecment İnvestisiya Şirkəti” ASC ötən ili zərərlə, qalan 6 şirkət isə mənfəətlə başa vurub. 

 

AKTİVLƏRİ 2 DƏFƏYƏ YAXIN ARTIB

 

 Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 7 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 75,587 mln. manat təşkil edib.


Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 89,4% və yaxud 2 dəfəyə yaxın çoxdur.

 

2017-ci ildə şirkətlərdən 4-ü aktivlərini artırıb, 3-ü isə azaldıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Hesabat ilində investisiya şirkətlərinin cəmi uzunmüddətli aktivləri 2% azalaraq 816 min manat, cəmi cari aktivləri isə 91,3% artaraq 74,771 mln. manat olub. 2 şirkət uzunmüddətli aktivlərini, 4 şirkət isə cari aktivlərini artıra bilib.

 

Ötən il investisiya şirkətlərinin cəmi öhdəlikləri 99,7% artaraq 69,952 mln. manat təşkil edib. Şirkətlərdən 5-də öhdəliklər artıb, 2-də isə azalıb. O cümlədən, maliyyə qurumlarının uzunmüddətli öhdəlikləri 9 dəfə artaraq 4,687 mln. manat, cari öhdəlikləri isə 89,1% artaraq 65,264 mln. manat olub. 1 şirkət uzunmüddətli öhdəliklərini, 5 şirkət isə cari öhdəliklərini artırıb.

 

Ötən il investisiya şirkətlərinin cəmi kapitalı 15,4% artaraq 5,636 mln. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 4,75 mln. manat qalıb. Bazar iştirakçılarından 6-sı cəmi kapitalını artırıb, nizamnamə kapitalını isə təbii olaraq artırıb-azaldan olmayıb. 

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Report

03.07.2018 09:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ