“Mətanət A” şirkətinə auditor tələb olunur

“Mətanət A” şirkəti Auditor vakansiyasını elan edir

 

İşin təsviri:

 

 -Plan əsasında daxili audit yoxlamalarını aparmaq;

-Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;

 -Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq;

-Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;

-Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;

-Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;

-Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;

-Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;

-Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və  bazar günü.

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə.

 

Tələblər:

-Təhsil: Ali (İqtisadi)

-İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;

-Yaş həddi: 25-45;

-Dil bilikləri: Azərbaycan və Rus dili;

-Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.

Şəxsi keyfiyyətləri:

-İşə planlı yanaşma;

-Yüksək ünsiyyət bacarığı;

-Nitq mədəniyyəti;

-Təmkinlilik, etibarlılıq, özünəinam;

-Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

 

Əlavə şərtlər:

-Ezamiyyət imkanları.

Əlavə tələblər:

-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

 

Qeyd:

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

-Bu vakansiya üzrə ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

3 İyul 2018 , 11:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin