Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“AtaBank” gələcəyini indidən düşünür

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaBank” gələcəyini indidən düşünür

“AtaBank” ASC-nin dəstəyi ilə təşkil edilmiş “Gələcəyimizi indidən düşünək” layihəsi çərçivəsində, 11 saylı internat məktəbinin şagirdləri bankın Azadlıq pr. 124, ünvanında yerləşən “Dostluq” filialına dəvət edilib.

 

Reklam_3_11

Bankın yaydığı məlumata görə, keçirilən görüş zamanı “AtaBank”-ın Marketinq və Kommunikasiyalar Departamentinin əməkdaşları şagirdləri ümumi bank işi ilə tanış edərək, onlara bankın müxtəlif şöbə və departamentlərinin gördüyü işlər, bankın müştərilərinə göstərdiyi xidmətlər barəsində geniş məlumat veriblər.

 

Departamentin direktoru Oruc İbrahimov şagirdlərlə görüş keçirərək onları maraqlandıran suallara cavab verib, təhsilin insan həyatında oynadığı böyük roldan, bütün çətinliklərə baxmayaraq hər bir insanın öz üzərində daim işləyərək nail ola biləcəyi hədəflərdən danışıb və bir neçə ildən sonra bank sahəsində işləmək arzusunda olan şagirdlərlə eyni bankda çalışacağına inandığını qeyd edib. Oruc İbrahimov AtaBank-ın daim sosial layihələrə önəm verdiyini, bu kimi layihələrə dəstək olmağından qürur duyduğunu xüsusi ilə vurğulayıb.

 

Qeyd etmək istərdik ki, layihə çərçivəsində İyul ayının əvvəlində yekun tədbiri keçiriləcək və burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.

03.07.2018 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ